xebermen.az

"TikTok" yetkinlik yaşına çatmayanlara gözəllik filtrlərindən istifadəni qadağan edəcək

28-11-2024, 09:37

 

"TikTok" platforması yetkinlik yaşına çatmayan istifadəçilərin psixoloji rifahını qorumaq məqsədilə video çəkilişi zamanı gözəllik filtrlərindən istifadəyə qadağa qoymağı planlaşdırır.

Bu filtrlər üz cizgilərini dəyişdirərək istifadəçiləri daha cazibədar göstərə bilər. Xüsusilə göz və dodaqların ölçüsünün artırılması, dəri rənginin dəyişdirilməsi bu filtrlərin əsas funksiyalarındandır.

"TikTok" rəhbərliyi hesab edir ki, gözəllik filtrlərinin istifadəsi yeniyetmələrdə narahatlıq və özünəinamın azalmasına səbəb ola bilər. Buna görə də, sosial şəbəkə bu funksiyaya yeniyetmələrin girişini məhdudlaşdırmağı nəzərdə tutur. Bununla belə, gənc istifadəçilər hələ də dovşan qulağı, it burnu kimi virtual heyvan maskalarını istifadə edə biləcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31