xebermen.az

Bu şəxslər Türkiyəyə şəxsi maşınlarla gedə bilər

28-11-2024, 19:45

 

Əhalini Sədərəkdən Türkiyə ilə keçid məntəqəsinə rahat gedib-gəlməsi üçün avtobusla təmin etmişik.

Bunu müsahibəsində Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat naziri Rahid Ələkbərli deyib.

Nazir vurğulayıb ki, Naxçıvanda əhalinin güzəranının yaxşılaşdırılması və Türkiyəyə çıxışının təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası qeydiyyatında olan vətəndaşların Türkiyəyə quru yolla keçidi təmin olunur.

"Türkiyəyə avtobus xətləri olmasa da, insanlar öz şəxsi avtomobilləri ilə Türkiyəyə gedib-gələ bilirlər. Lakin Sədərək rayonundan Türkiyə ilə keçid məntəqəsinə gedib-gəlməsi üçün əhalini avtobusla təmin etmişik", - deyə o qeyd edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31