xebermen.az

Vətəndaşların şikayətindən qorxan TƏBİB belə "gizləndi"

2-12-2024, 12:12

 

TƏBİB həkimlərdən narazı olan vətəndaşlardan ehtiyat edərək İnstagram sosial mediasında əhalinin onları tag etməsini məhdudlaşdırıb.

Bu barədə saxta diplomla fəaliyyət göstərən həkimləri ifşa edən Amerikada yaşayan jurnalist Qənirə Ataşova bildirib:

“Bu addımla TƏBİB şikayətlərə göz yummaq və əhalinin narazılıqlarını öz səhifələrində görməmək istəyirlər. Bu yanaşma vətəndaşların problemlərini eşitməmək, məsuliyyətdən yayınmaq cəhdi kimi görünür. Ümid edirəm ki, Azərbaycan hökuməti, TƏBİB-in fəaliyyətinə nəzarət edən aidiyyəti qurumlar bu vəziyyəti görəcək və biganə qalmayacaq. Vətəndaşların səsləri susdurulmamalı, əksinə, onların şikayətləri diqqətlə araşdırılmalı və həll olunmalıdır. Çünki hər bir dövlət qurumunun əsas vəzifəsi xalqa xidmət etməkdir”.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31