Cəmiyyət - XEBERMEN.AZ - Operativ Xəbər Portalı 24/7

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR
Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə diplomatik xidmət orqanı əməkdaşının xidmətinə xitam veriləcək.

Bu Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Diplomatik xidmət haqqında" qanuna təklif edilən yeni - 30.1.14-cü maddədə əksini tapıb.

Bu halda diplomatik xidmət əməkdaşının vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Müəllimini güllələyən şagirdin valideynləri ilk dəfə danışdı
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin cinayət işi üzrə keçirilən ilk məhkəmə hazırlıq iclası təxirə salınıb.

Buna səbəb təqsirləndirilən yeniyetmənin müdafiəçisinin prosesdə iştirak etməməsi olub.

Vəkil olmasa da, təqsirləndirilən şagirdin valideynləri məhkəməyə gəlib. Qanuni nümayəndə qismində şagirdin anası Z.Şirinova tanınıb. Sədrlik edən hakim həm yeniyetməyə, həm qanuni nümayəndəyə bütün hüquq və vəzifələrini izah edib. Vəkil iştirak etmədiyindən iclas 17 iyuna kimi başqa tarixə salınıb.

Məhkəmə prosesindən sonra təqsirləndirilən yeniyetmənin valideynləri ilk dəfə olaraq “Qafqazinfo”nun əməkdaşının suallarını cavablandırıblar. Şagirdin atası Samir Şirinovun sözlərinə görə, oğlunun belə bir hadisə törədəcəyi heç vaxt ağıllarına gəlməzdi: “Ondan heç vaxt belə bir hərəkət gözləməzdik. Üç övladım var, onlardan ikisi ali təhsil alır. Bu da dərslərində uğurlu idi, təhsilini ingilis dilində alırdı. Müəllimi ilə arasında prinsipial münasibət olması, əvvəlcədən ona qarşı kin bəsləməsi və digər deyilənlər yalandır. Hadisə gözlənilmədən baş verib. Hamımız şokdayıq. İndi də hər şey məhkəmə araşdırmasının nəticəsindən asılıdır”.

Fotoda: Güllələnən müəllim Şəhla Kamilova

Samir Şirinov cinayət işinin istintaqı çərçivəsində özünün də ifadə verdiyini təsdiqləyib: “Bəli, mən də prokurorluqda dindirilmişəm. Hazırda hadisədə istifadə olunan silahın necə saxlanılması və digər hallarla bağlı araşdırmalar davam edir. Görək necə olacaq”.

Yeniyetmənin anası Z.Şirinova həyat yoldaşı kimi oğlunun sakit, tərbiyəli və ağıllı uşaq olduğunu deyib. Ana övladı barədə danışarkən göz yaşlarını saxlaya bilməyib, sadəcə ailənin baş verənlərdən dərin sarsıntı keçirdiyini əlavə edib.

Xatırladaq ki, hadisə bu ilin fevralında Bakıda yerləşən “İdrak” liseyində baş verib. 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngi ilə təhsil aldığı məktəbə gələrək 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib. Ağır yaralanan müəllimin həyatını xilas etmək mümkün olub, sonradan o, şagirdi bağışlayıb.

Şagird hazırda Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.

15 günə məlumat verməyən CƏZALANACAQ
Ərzaq balansının tərtibi ilə bağlı zəruri məlumatların təqdim edilməməsinə görə yeni cərimələr müəyyənləşdiriləcək.

Bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, ərzaq balansının tərtibi üçün fermerlər və tədarükçülər tərəfindən məhsullarının kənd təsərrüfatı istehsalına (tədarükünə) dair məlumatların ildə bir dəfə, həmin məhsulların yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu anbarlar ve taxıl elevatorları barədə aylıq məlumatların isə növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilməməsinə görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 500 manat məbləğində cərimə ediləcək.

Yuxarıdakı abzasda nəzərdə tutulmuş inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə ediləcək.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müəyyən edilmiş məhsullara dair məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ərzaq balansının tərtibi ilə bağlı ildə bir dəfə verilən yazılı sorğusuna əsasən ərzaq məhsullarının istehsalı, emalı, saxlanılması, idxalı, ixracı və satışı sahəsində fəaliyyət göstərən subyektlər tərəfindən 15 iş günü müddətində təqdim edilməməsinə görə vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 500 manat məbləğində cərimə ediləcək.

Yuxarıda nəzərdə tutulmuş inzibati xətaları törətmiş şəxs həmin xətaların törədilməsinə səbəb olan halları 10 iş günü müddətində aradan qaldırdıqda İnzibati məsuliyyətdən azad olunacaq.

Yuxarıda nəzərdə tutulmuş tutulmuş inzibati xətaların törədilməsinə görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən həmin xətaların törədilməsinə səbəb olan hallar 10 iş günü ərzində aradan qaldırılmalıdır. Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmayacaq.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib./trend.az

Bakıya giriş-çıxışda vacib dəyişiklik
Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində keçən hissədə yerləşən qəzalı körpü sökülərək yeni 1 aşırımlı körpünün inşasına start verilib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata əsasən, hazırda ərazidə svay vurma işləri yekunlaşdırılaraq, yeni körpünün dayaqlarının inşası istiqamətində müvafiq işlər görülür.

1980-ci illərdə inşa edilmiş 3 aşırımlı körpünün Bakı istiqamətindəki 3-cü aşırımında aşırım tirinin sınaraq çökməsi hadisəsi qeydə alınıb. İlkin texniki qiymətləndirmələr nəticəsində körpünün artıq istismar üçün yararsız vəziyyətdə olduğu müəyyən edilib.

40 yaşdan sonra bunu etməyənlər təhlükə altındadır - Xəbərdarlıq
40 yaşdan sonra 25 yaşdakı kimi qidalanmaq təhlükəlidir. Çünki bu yaşdan sonra bədən tədricən "təyinatlarını" dəyişir: maddələr mübadiləsi yavaşlayır, əzələ kütləsi azalır, sümük itkisi sürətlənir və ürək-damar xəstəlikləri, karbohidrat mübadiləsi pozğunluqları riski artır. 25 yaşınızdakı kimi yeməyə davam etsəniz, asanlıqla çəki ala; qan təzyiqinizi və qan şəkərinizi yüksəldə zülal, kalsium, D vitamini və B vitamini çatışmazlığı yaşaya bilərsiniz. Bunlar da bir müddət sonra sümüklərə, əzələlərə, enerjiyə və idrak funksiyasına təsir göstərəcək. Odur ki, bu yaşdan sonra qidalanma rejimini dəyişməyənlər təhlükə altındadır.

Bu barədə endokrinoloq Nataliya Tananakina "Gazeta.Ru"ya bildirib.

Həkimin sözlərinə görə, 40 yaşdan sonra əsas prinsip "pəhriz" deyil, qida rejimini uzun müddət əzələləri, sümükləri, ürəyi və beyni dəstəkləyəcək şəkildə yenidən qurmaqdır.

"Bunun üçün qan analizinizi, çəkinizi, aktivlik səviyyənizi və xroniki xəstəliklərinizi nəzərə alaraq pəhrizinizi ən azı bir dəfə həkim və ya diyetoloqla müzakirə etməyiniz faydalıdır.

40 yaşdan sonra pəhrizinizin əsasını aşağıdakılar təşkil etməlidir: kifayət qədər zülal (balıq, quş əti, yumurta, süd məhsulları, paxlalılar, tofu), gündəlik tərəvəz və meyvələr, tam taxıllar, toxumlar və yüksək keyfiyyətli bitki yağları", - deyə o bildirib.

Həkim izah edib ki, süd məhsulları (gündə 2-3 porsiya), yağlı balıqlar, yaşıl yarpaqlı tərəvəzlər, qoz və fındıq sümüklər, eləcə də əzələlər üçün xüsusilə faydalıdır.

"40-50 yaşdan yuxarı insanlar üçün gündə hər kq bədən çəkisi üçün ən azı 1-1,2 q zülal tövsiyə olunur (əks göstəriş olmadığı təqdirdə).

Zərərli yağları məhdudlaşdırmaq və doymamış yağları (balıq, zeytun yağı, çərəzlər) seçmək vacibdir.

İnsulin müqaviməti və diabet riskini azaltmaq üçün şəkər, ağ un və şəkərli içkilərin qəbulunu azaltmaqla yanaşı, karbohidrat ehtiyacınızı tam taxıllar, tərəvəzlər, meyvələr və paxlalılarla qarşılaya bilərsiniz.

Vitamin və minerallardan kalsium, D vitamini, maqnezium, kalium, B vitaminləri (xüsusilə B6, B12 və folat) və omeqa-3 yağ turşuları 40 yaşdan sonra xüsusilə vacibdir", - deyə həmin əlavə edib.

O, hipertoniyanın qarşısını almaq üçün duzu; diabet və piylənmədən əziyyət çəkməmək üçün şəkər və karbohidratı, eləcə də ultra emal olunmuş qidaları, trans yağları və spirtli içki istehlakını məhdudlaşdırmağın vacib olduğunu vurğulayıb. Buna baxmayaraq, 40 yaşdan sonra həddindən artıq sərt pəhrizlərin və kalorilərin kəskin şəkildə azaldılmasının, xüsusən də qadınlarda əzələ itkisi və sümük itkisinin sürətlənməsinə səbəb ola biləcəyini də diqqətə çatdırıb.

"Düzgün qurulmuş pəhriz yaşla bağlı problemləri gecikdirməyə və ya azaltmağa kömək edir", - deyə Tananakina yekunlaşdırıb.

Azərbaycanda ət qiymətləri ilə bağlı mühüm PROQNOZ
Azərbaycanda ət bazarında qiymətlərin sabitləşməsinin istehsalın artırılması və maya dəyərinin azaldılması hesabına təmin olunacağı gözlənilir.

Bunu mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.

Nazir müavini bildirib ki, əsas məqsəd ət istehsalını artırmaq, məhsuldarlığı yüksəltmək və istehsal xərclərini azaltmaqdır.

"Ət istehsalının maya dəyərinin uyğun səviyyədə formalaşdırılması hesabına bazarda sabitlik yaranacağını düşünürük", - deyə Zaur Əliyev qeyd edib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın mal ətinə tələbatının 83,7%-i, qoyun ətinə tələbatının 94,2%-i, quş ətinə tələbatının isə 82%-i yerli istehsal hesabına ödənilir.

Nazir müavini əlavə edib ki, Dövlət Proqramında ölkənin ət məhsulları üzrə özünütəminetmə səviyyəsinin artırılması nəzərdə tutulur.

Zaur Əliyev vurğulayıb ki, son illərdə dünyada ət qiymətlərində artım müşahidə olunur. Bu artıma pandemiyadan sonra logistika, yem və digər istehsal xərclərinin yüksəlməsi təsir edib.

Onun sözlərinə görə, heyvandarlıqda əsas maya dəyəri elementi yemdir və yem istehsalında məhsuldarlığın artırılması gələcəkdə ət istehsalının maya dəyərinin azalmasına imkan verəcək.

Uşaq pulu müzakirəsi: Mövzu niyə bayağılaşdırılır?
Uşaqlardan ayıbdır!

Uşaq pulu mövzusu yenə ictimai gündəmə gəldi və çox təəssüf ki, yenə də özündən daha böyük bir problemi üzə çıxardı: biz bəzən ciddi məsələləri elə müzakirə edirik ki, mövzu axırda özü utanır. Mövzunun özü sosial siyasətə aiddir, amma danışıq forması çox vaxt sosial psixologiyaya çevrilir.
Əslində sual sadədir. Uşaqlı ailələrə dövlət dəstəyi olmalıdırmı? Olmalıdırsa, hansı formada? Universal verilməlidir, yoxsa ünvanlı? Məbləğ necə hesablanmalıdır? Büdcə yükü nə qədərdir? Sosial nəticəsi nə olacaq? Bunlar normal suallardır. Ciddi cəmiyyətlər belə sualları rəqəmlə, model ilə, müqayisəli təcrübə ilə müzakirə edir. Bizdə isə müzakirə çox vaxt başqa istiqamətə gedir: "kişi uşaq pulu istəməz", "dövlət pul versə, camaat işləməz", "bizim vaxtımızda belə şey yox idi". Çox gözəl. Bizim vaxtımızda smartfon da yox idi. Amma indi hamı TikTok-da tənqidçi, publisist və iqtisadçı olub.
Burada əsas problem uşaq pulu deyil. Əsas problem odur ki, sosial siyasət müzakirəsi bəzən ailə xatirəsi, məhəllə fəlsəfəsi və efir cəsarətinin qarışığına çevrilir. Halbuki dövlət dəstəyi haqqında danışanda şəxsi nümunə arqument olmur. "Mənim atam heç vaxt dövlətdən pul almayıb" cümləsi ailə qüruru üçün dəyərli ola bilər, xatirə dəftəri və memuar üçün əladır, lakin sosial siyasət üçün metodologiya deyil. Ailə xatirəsi hörmətlidir, sadəcə qanunvericilik təşəbbüsü kimi təqdim olunanda problem yaranır.
Uşaq pulu məsələsində ən çox səslənən fikir budur: guya belə ödəniş insanları tənbəlləşdirəcək. Bu fikir ilk baxışda "möhkəm" səslənir. Çünki bizim ictimai diskursda bir cümlə nə qədər sərt deyilirsə, bir o qədər ağıllı hesab olunur. Amma sərtlik hələ əsaslılıq demək deyil. Bəzən ən sərt cümlə ən zəif arqumentin kostyumudur.

Dünyada sosial müavinətlərin əmək bazarına təsiri barədə ciddi iqtisadi ədəbiyyat var.

Bəli, bəzi müavinət formaları düzgün qurulmadıqda iş stimuluna mənfi təsir göstərə bilər. Amma bu, bütün sosial dəstəklərin, xüsusilə də uşaq müavinətlərinin avtomatik olaraq "tənbəllik" yaratdığı anlamına gəlmir.

Almaniyada uşaq müavinəti var. Skandinaviya ölkələrində illərdir var. Kanadada uşaqlı ailələrə ciddi dəstək mexanizmləri işləyir. Bu ölkələrin heç birində uşaq pulu alan valideynlər kütləvi şəkildə divanda uzanıb "dövlət sağ olsun" deməklə iqtisadiyyatı çökdürməyib.

Məsələ "uşaq pulu insanı tənbəlləşdirir" kimi sadə deyil. Əsl sual başqadır: belə bir mexanizm Azərbaycanda necə qurula bilər? Universal modelmi daha uyğundur? Ünvanlı modelmi? Mövcud sosial yardım sistemi ilə inteqrasiya oluna bilərmi? Ailə gəliri, uşaqların sayı, region fərqləri, əmək bazarının qeyri-rəsmi hissəsi necə nəzərə alınmalıdır? Bax, müzakirə buradan başlamalıdır. Amma biz çox vaxt başlanğıc xəttinə çatmamış tribunaya çıxırıq.

Bu yerdə daha bir detal var. Hər mövzunun efir versiyası ilə işlək mexanizmi eyni şey deyil. Efir üçün cümlə qısa, sərt və yaddaqalan olmalıdır. Dövlət siyasəti üçün isə cümlənin arxasında hesab, sənəd, icra mexanizmi və nəticə olmalıdır. Birinci alqış gətirir, ikinci məsuliyyət tələb edir. Uşaq pulu mövzusu da məhz bu fərqin qurbanına çevrilir.
Uşaq pulu istəyən hər kəsi "tənbəl" kimi təqdim etmək də doğru deyil, uşaq pulunu bütün sosial problemlərin möcüzəvi dərmanı kimi göstərmək də. Birinci yanaşma kobuddur, ikinci yanaşma sadəlövhdür. Ciddi mövqe bu ikisinin arasında dayanır: uşaqlı ailələrə dəstək lazımdır, amma bu dəstəyin forması ağıllı, hesablanmış və icra baxımından işlək olmalıdır.

Bu məsələdə dövlətin üzərinə emosional şüarlarla deyil, peşəkar təkliflərlə getmək lazımdır. Çünki sosial siyasət instaqram şərhi ilə qurulmur. Büdcə var, prioritet var, inzibati mexanizm var, hüquqi forma var. Bunların hamısı nəzərə alınmadan "verilsin" demək də asandır, "verilməsin" demək də. Çətin olan üçüncü yoldur: necə verilsin?

Əslində normal müzakirə dövlətin imkanlarını da, ailənin ehtiyacını da eyni anda görməyi bacarmalıdır. Dövlət büdcəsi sonsuz deyil, bunu hamı anlayır. Amma ailə büdcəsi də sehrli qutu deyil ki, hər ay açanda içindən əlavə ayaqqabı, dərman, bağça pulu və məktəb ləvazimatı çıxsın. Sosial siyasətin işi məhz bu iki reallıq arasında ağıllı körpü qurmaqdır.

Ən maraqlısı odur ki, bu müzakirədə çox danışanların bir hissəsi sanki uşağı real insan kimi yox, iqtisadi risk kimi görür. Halbuki uşaq ailənin "xərc maddəsi" deyil, cəmiyyətin gələcək şəxsiyyəti və mövcud vətəndaşıdır. Onun qidası, geyimi, təhsili, sağlamlığı, təhlükəsizliyi sadəcə ailədaxili məsələ deyil. Bu, həm də insan kapitalı məsələsidir. Bugünkü uşaq sabahın müəllimi, həkimi, mühəndisi, hakimi, vəkili, sahibkarı, əsgəri, alimi ola bilər və olacaqdır da. Ona görə uşağa ayrılan vəsait xərclənmiş pul kimi yox, gələcəyə qoyulmuş sərmayə kimi də qiymətləndirilməlidir.

Bir də unutmayaq ki, bu ölkənin ictimai ənənəsində uşağı, ailəni və maariflənməni ucuz mövzu kimi görmək olmayıb. Sabirin satirası da, Cəlil Məmmədquluzadənin acı gülüşü də, Üzeyir bəyin mədəniyyət dərsi də əslində bir şeyi deyirdi: cəmiyyət özünü ciddi mövzularda tanıyır. Biz də bu mövzuda özümüzü tanıyırıq. Sual budur: necə görünürük?

Əlbəttə, hər mövzuda olduğu kimi burada da ehtiyatlılıq lazımdır. Populizm sosial siyasətin ən rahat, amma ən təhlükəli yoludur. Uşaq pulu mövzusu da populist şüara çevrilməməlidir. Amma eyni zamanda, "tənbəllik yaradacaq" deyib mövzunu qapının ağzında boğmaq da intellektual tənbəlliyin başqa formasıdır. Bir fikir xoşumuza gəlmirsə, onu rəqəmlə təkzib edək, etiketlə yox.

Bir cəmiyyətin səviyyəsi yalnız hansı qərarı verməsi ilə ölçülmür. Həm də o qərara necə gəlib çıxması ilə ölçülür. Biz uşaq pulu məsələsində razılaşmaya bilərik. Bu normaldır. Amma heç olmasa mübahisəni elə aparaq ki, uşaq pulu haqqında danışarkən uşağın özü müzakirədən utanmasın.

Çünki bu mövzunun mərkəzində nə deputat var, nə jurnalist, nə ekspert, nə sosial media qəhrəmanı. Mərkəzdə uşaq var. Uşağın ehtiyacı isə nə siyasi şüardır, nə də efir üçün sərfəli replika. Bu, adi həyat məsələsidir. Bəzən uşaq üçün alınan ayaqqabı, dərman, məktəb ləvazimatı və ya normal qida ailə büdcəsində böyük fərq yaradır. Bunu görmək üçün iqtisadçı olmağa ehtiyac yoxdur; sadəcə həyatdan tamamilə qopmamaq kifayətdir.

Bu mövzuda ən xoşagəlməz məqam uşağın adının böyüklərin özünü göstərmək yarışında alətə çevrilməsidir. Biri daha sərt görünmək istəyir, biri daha xalq adamı, biri daha qənaətcil, biri daha uzaqgörən. Nəticədə uşağın real ehtiyacı səhnənin arxasında qalır. Halbuki sosial siyasətin ən sadə etik qaydası budur: haqqında danışdığın insanı müzakirədən silmə.

Bəzən bir mövzunu öldürmək üçün ona qarşı çıxmaq lazım deyil, onu bayağılaşdırmaq kifayətdir. Uşaq pulu müzakirəsində də təhlükə budur. Məsələ tərəflərin razılaşmamasında deyil. Razılaşmamaq normaldır. Problem odur ki, razılaşmadığımız mövzunu belə səliqəli müzakirə edə bilmiriksə, sabah daha mürəkkəb sosial qərarlar qarşısında nə edəcəyik? Demoqrafiya, təhsil, səhiyyə, məşğulluq kimi sahələr emosional reflekslə yox, uzun nəfəsli düşüncə ilə idarə olunur.

Bu yazının məqsədi kimisə susdurmaq deyil. Əksinə, hamının danışdığı yerdə bir az da düşünməyin vacibliyini xatırlatmaqdır. Uşaq pulu ilə bağlı ən doğru model ayrıca müzakirə mövzusudur. Amma hansı model seçilirsə-seçilsin, başlanğıc nöqtəsi uşağı aşağılayan, valideyni utandıran, ehtiyacı isə xarakter qüsuru kimi təqdim edən dil olmamalıdır. Sosial siyasət insan ləyaqətindən başlamırsa, ən yaxşı hesablamanın da mənəvi dəyəri yarımçıq qalır.

Ona görə də bu müzakirənin ən sadə qaydası belə olmalıdır: kimsə uşaq pulunu müdafiə edirsə, onu dərhal populist adlandırmayaq; kimsə ehtiyatlı yanaşırsa, onu da dərhal qəddar kimi təqdim etməyək.

Normal ictimai söhbət qarşı tərəfi karikaturaya çevirməkdən yox, onun arqumentini ciddi qəbul edib cavablandırmaqdan başlayır.

Hə, bu arada, dünyanın başqa yerlərində uşaqlar üçün fərdi təhsil modelləri, erkən inkişaf proqramları, süni intellekt əsaslı öyrənmə sistemləri hazırlanır. Gözünüz aydın, biz hələ də uşağın bugünkü ehtiyacını "tənbəllik riski" kimi müzakirə edirik.

Bəlkə də uşaq pulundan əvvəl bizə bir az da müzakirə mədəniyyəti lazımdır. Çünki məsələ təkcə pul deyil. Məsələ uşağa, ailəyə, sosial dövlət anlayışına və ictimai söhbətin səviyyəsinə necə baxmağımızdır. Uşaq pulu verilə də bilər, verilməyə də bilər, başqa formada da təşkil oluna bilər. Amma uşaq mövzusunu bu qədər ucuzlaşdırmağa heç kimin mənəvi haqqı yoxdur. Ən azından uşaqlardan ayıbdır.

Onlara 3 il hər ay pul veriləcək, güzəştlər OLUNACAQ
"Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Qanuna təklif olunan dəyişikliyə əsasən, azad olunmuş ərazilərə köçürülən, dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilən və ya təklif olunan mənzildən imtina edən şəxslərin məcburi köçkün statusu ləğv edilir. Bununla yanaşı, onların statusları ləğv olunduqdan sonra da 3 il müddətində sosial müdafiə tədbirləri ilə əhatə olunacaqlar.

Bəs sosial müdafiə tədbirləri dedikdə nə nəzərdə tutulur?

Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, hazırda keçmiş məcburi köçkünlər üçün hansı güzəştlər nəzərdə tutulubsa, onlar dövlət tərəfindən mənzillə təmin olunduqdan sonra 3 il müddətində həmin güzəştlərdən istifadə edə biləcək.

"Hazırda keçmiş məcburi köçkünlərə müavinət ödənilir. Nazirlər Kabinetinin qaydalarına əsasən, hər bir ailə üzvünə görə aylıq 60 manat məbləğində ödəniş həyata keçirilir. Eyni zamanda, keçmiş məcburi köçkün ailələrinin övladları dövlət universitetlərinə ödənişli əsaslarla qəbul olunduqda onların təhsil haqları dövlət tərəfindən qarşılanır. Bundan başqa, bir sıra rüsumlar üzrə də güzəştlər mövcuddur".

V.Bayramov qeyd edib ki, yeni dəyişikliklərə əsasən, həmin güzəştlər və sosial dəstək mexanizmləri mənzillə təmin olunduqdan sonra da üç il ərzində qüvvədə qalacaq.

"Eyni zamanda, məsələn, keçmiş məcburi köçkün ailəsinin övladı universitetə daxil olan zaman güzəşt hüququna malikdirsə, onun təhsil müddəti 3 ildən artıq olsa belə, bu hüquq bütün təhsil dövrünü əhatə edəcək. Yəni tələbə universitetə qəbul olarkən güzəşt hüququna sahibdirsə, həmin hüquq onun bütün təhsil müddəti ərzində qüvvədə qalacaq".

Deputat vurğulayıb ki, son dəyişikliklər dövlətin keçmiş məcburi köçkünlərə göstərdiyi sosial dəstəyin davamlı xarakter daşıdığını nümayiş etdirir:

"Bu addım onu göstərir ki, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıtdıqdan və dövlət tərəfindən mənzillə təmin olunduqdan sonra da müəyyən müddət ərzində sosial qayğı ilə əhatə olunacaqlar".

İctimai nəqliyyat ödənişlərində YENİLİK
Artıq bank kartı ilə həyata keçirilən ödənişlər üzrə qəbzlərdə əməliyyatın aid olduğu marşrut xətti və ya metro stansiyası məlumatı əks olunur.

Bu barədə “Bakıkart” məlumat yayıb.

Bildirilib ki, yeni funksiya istifadəçilərə ödənişlərini daha rahat izləməyə və əməliyyatları daha asan identifikasiya etməyə imkan verir.

“Bu yenilik ödəniş məlumatlarının daha şəffaf və anlaşıqlı təqdim olunmasına xidmət edir”, - deyə məlumatda qeyd edilib.

Uşaqların beyninə zərər verən qida boyası
ABŞ məhsul və kosmetik vasitələrin təhlükəsizliyinə nəzarəti ciddi şəkildə sərtləşdirmək qərarına gəlib və məşhur sintetik boya maddəsi eritrozin daha çox Red No. 3 və ya E127 adı ilə tanınan əlavənin istifadəsini tam qadağan edib. Bu maddə uzun illər ərzində şirniyyatlarda, içkilərdə və parlaq qırmızı rəngli kosmetik vasitələrdə istifadə olunurdu.

Amerika hakimiyyəti istehsalçılara müəyyən edilmiş müddət ərzində bu əlavədən imtina etməyi və məhsulların tərkibini dəyişməyi tapşırıb.

Şirkətlər 2027-ci ilin yanvarına qədər E127-ni məhsulların tərkibindən tam çıxarmalıdırlar. Eritrozin sintetik azo boyalar qrupuna daxildir və qida ilə kosmetika sənayesində məhsullara parlaq qırmızı rəng vermək üçün geniş istifadə olunur. Bu boya Avropa İttifaqı ölkələrində, həmçinin Avstraliya, Yeni Zelandiya və Çində hələ də icazəli sayılsa da, istifadəsi ciddi dozalarla məhdudlaşdırılır.

ABŞ-da isə tənzimləyici qurumlar maddənin təhlükəsizliyi ilə bağlı uzun illər davam edən mübahisələrdən sonra onu tam qadağan etmək qərarına gəliblər. Qadağanın əsas təşəbbüskarlarından biri insan sağlamlığı üçün bu əlavənin potensial təhlükələri barədə dəfələrlə xəbərdarlıq edən ictimai təşkilatlar olub.

Center for Science in the Public Interest təşkilatının prezidenti Peter Lurie bildirib ki, ABŞ-ın Food and Drug Administration qurumu nəhayət ziddiyyəti aradan qaldırıb. Çünki bu boya dodaq kosmetikasında qadağan olunsa da, uşaqlar üçün istehsal olunan şirniyyatlarda istifadə olunmağa davam edirdi.

E127 hansı məhsullarda olur?

Eritrozin uzun müddət parlaq qırmızı rəngli məhsullarda istifadə edilib. Xüsusilə:

konfet, marmelad və drajelərdə;

dondurma, yoqurt və kəsmikli desertlərdə;

şirin qazlı içkilər, siroplar və desert əlavələrində;

xəmir məhsulları, peçenye və kremlərdə;

pomada, dodaq parıldadıcısı və dırnaq lakı daxil olmaqla kosmetik vasitələrdə.

Bu boya ilə hansı risklər əlaqələndirilir?

Center for Science in the Public Interest təşkilatının 2010-cu ildə yayımladığı araşdırmalara əsasən, eritrozin potensial kanserogen və genotoksik maddə hesab olunurdu. Bundan əlavə, mütəxəssislər onun uşaqlarda davranış pozuntularına səbəb ola biləcəyini bildirirdilər. 2014-cü ildə aparılan sonrakı araşdırmalar isə E127 istifadəsinin digər mümkün mənfi nəticələrini də göstərib. Bunlar arasında:

işığa qarşı yüksək həssaslıq;

diqqət toplama və öyrənmə problemləri;

qaraciyər, ürək, mədə və qalxanabənzər vəziyə mənfi təsir;

reproduktiv funksiyalarda mümkün pozuntular var.