xebermen.az

Makron ancaq bu halda Rusiya prezidenti ilə danışa bilər

18-11-2024, 17:21

 

Fransa prezidenti Emmanuel Makron “kontekst” uyğun gələrsə, rusiyalı həmkarı Vladimir Putinlə yenidən danışacağını istisna etməyib.

Bu barədə "BFM TV" məlumat yayıb.

Eyni zamanda qeyd olunur ki, Makronun sözlərinə görə, Rusiya Kiyevlə danışıqlara hazır deyil. Putinlə Almaniya kansleri Olaf Şulz arasında telefon danışığından sonra xarici media digər Avropa ölkələrinin liderlərinin də Berlindən nümunə götürə biləcəyini ehtimal edirdi. Moskva ilə münasibətlərin soyumasının mümkün olduğu da proqnozlaşdırılırdı.

Qeyd edək ki, Kreml Rusiyanın Ukrayna məsələsində bütün maraqlı tərəflərlə dialoq aparmağa həmişə hazır olduğunu vurğulayıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31