xebermen.az

İsrail ordusu "Hizbullah"ın iki yüksəkrütbəli komandirini zərərsizləşdirib

2-11-2024, 15:10

 

İsrail ordusunun Livanın Tir bölgəsinə endirdiyi zərbələr nəticəsində "Hizbullah"ın iki komandiri zərərsizləşdirilib.

Bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) məlumat yayıb.

Məlumatda qeyd olunub ki, "Hizbullah" qüvvələrinin sahil sektoru komandiri Musa İzzəddin və "Hizbullahın" sahil sektorundakı artilleriya komandiri⁠ Həsən Məcid Daib zərərsizləşdirilib.

"Onlar oktyabr ayında İsrailə doğru 400-dən çox mərmi atılmasına cavabdeh olublar", - deyə SAXAL-ın məlumatında qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31