xebermen.az

"Suriyadakı dəyişikliklər müsbət nəticələr verəcək" - Ərdoğan

10-12-2024, 09:24

 

Türkiyə hər zaman Suriyada sülhün, ədalətin və dialoqun tərəfdarı olub.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Kompleksində keçirilən hökumət iclasından sonra deyib.

Suriyada baş verən son dəyişikliklərə toxunan Ərdoğan, 13 illik vətəndaş müharibəsinin yeni mərhələyə keçdiyini və BƏƏS rejiminin süqut etdiyini bildirib. O vurğulayıb ki, Türkiyə hər zaman Suriyada sülhün, ədalətin və dialoqun tərəfdarı olub və Suriyanın ərazi bütövlüyünü müdafiə edib.

“Tarix və coğrafiya bizə öhdəliklərimizi xatırladır. Biz həmişə qonşularımıza yardım etməyə hazır olmuşuq. Suriyadakı dəyişikliklər bütün suriyalılar, xüsusilə də qaçqınlar üçün müsbət nəticələr verəcək,” – deyə, o vurğulayıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31