xebermen.az

İranda qadınlara əxlaq qanunlarını pozmalarına görə ölüm cəzası tətbiq ediləcək

12-12-2024, 08:23

 

İranda qadınlar bu həftə qüvvəyə minəcək yeni məcburi əxlaq qanunlarını pozduqları təqdirdə ölüm cəzası və ya 15 ilədək həbs cəzası ala bilərlər.

"Mədəni iffət və hicab" haqqında yeni qaydalar İran hakimiyyəti tərəfindən dekabrın əvvəlində qəbul edilib. Onlar "çılpaqlığı, əxlaqsızlığı, açıqlığı və ya qeyri-münasib geyimi təbliğ edənlər" üçün sərt cəzalar nəzərdə tutur. Bu qanunun pozulmasına görə 15 900 dollara qədər cərimə, qamçılama və beş ildən 15 ilədək həbs cəzası nəzərdə tutulur.

Qeyd olunur ki, bu cür davranışa görə qadın İran Cinayət Məcəlləsinin 296-cı maddəsinə əsasən ölüm cəzasına məhkum edilə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31