xebermen.az

"Telegram" və "WhatsApp" funksiyası artıq "YouTube"da

16-12-2024, 21:15

 

"Telegram" və "WhatsApp" platformalarında uzun müddətdir mövcud olan səsli şərh funksiyası "YouTube"a da əlavə ediləcək.

Bu yeni funksiya ilə istifadəçilər şərhlərini audio formatda yaza biləcəklər. Səsli şərhlər hazırda ThioJoe (3,1 milyon abunəçi) kimi bir neçə böyük ingilisdilli məzmun yaradıcıları ilə sınaqdan keçirilir.

Funksiya hazırda yalnız "Android" və "iOS" platformalarında mövcuddur və Google tərəfindən hələ rəsmi açıqlama verilməyib. Həmçinin, səsli şərhlərin bütün istifadəçilər üçün əlçatan olub-olmayacağı və ya yalnız məzmun yaradıcılarının öz videolarına şərh vermə imkanına sahib olacağı dəqiqləşməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31