xebermen.az

Təyyarənin qara qutuları bu ölkəyə göndəriləcək

30-12-2024, 09:58

 

Aktauda qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qara qutuları şifrənin açılması üçün Braziliyaya göndəriləcək.

Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Çikaqo Konvensiyasına əsasən, təyyarə qəzasını araşdırarkən, uçuş qeydlərini oxuyub deşifrə edəcək ölkəni dövlət özü müəyyən edir.

Həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO), Azərbaycan və Rusiyanın aviasiya orqanlarının tövsiyələrinə uyğun olaraq, Qazaxıstan Nəqliyyat Nazirliyi qara qutuların Braziliya Aviasiya Qəzalarının Tədqiqi və Qarşısının Alınması Mərkəzinə göndərilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, Braziliya dekabrın 25-də Aktauda qəzaya uğrayan “Embraer” təyyarələrinin istehsalçısıdır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31