xebermen.az

Alimlər insanlarda yeni qan qrupu ortaya çıxardılar

4-01-2025, 09:46

 

Elm adamları yeni bir qan qrupunun olduğunu aşkarlayıblar.

1972-ci ildə baş vermiş müəmmalı hadisə son araşdırmada mühüm elmi irəliləyişlə nəticələnib.

Belə ki, o zaman hamilə qadının qeyri-adi qan qrupuna malik olduğu aşkar edilib və bu, yarım əsrlik araşdırmalara səbəb olub.

Bu anomaliyanın tədqiqi nəticəsində elm adamları nəhayət, yeni bir qan qrupunu ortaya çıxarıblar.

MAL adlı yeni qan qrupu adətən insanların 99,9%-dən çoxunda rast gəlinən və "AnWj" zülal antigeninin olmaması ilə xarakterizə edilir. Bildirilir ki, yenidoğulmuşlarda "AnWj" antigeni olmur. O yalnız doğuşdan qısa müddət sonra özünü göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31