xebermen.az

Bələdiyyə seçkiləri ilə bağlı ilkin nəticələr nə vaxt məlum olacaq?

20-01-2025, 13:57

 

Çalışacağıq ki, ilkin nəticələri yanvarın 29-u axşam və ya ayın 30-u açıqlayaq.

Bunu bu gün 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edərkən jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib

O bildirib ki, parlament və Prezident seçkilərindən fərqli olaraq bələdiyyə seçkilərində bu məsələ bir az çətindir.

"Çünki namizədlərin və seçilən insanların sayı çox olur. Dairə seçki komissiyalarının protokollarını sayıb, məntəqə protokollarını ümumiləşdirib yekun nəticə bildirmək kifayət qədər vaxt aparır. Çatdıra bilsək, 29-u gecə, hətta 29-dan 30-na keçən gecə də olsa, nəticələri açıqlayacağıq. Tam əminliklə demək olar ki, ayın 30-u nəticələri açıqlayacağıq", - MSK sədri əlavə edib.

Qeyd edək ki, Azərbaycanda yanvarın 29-da bələdiyyə seçkiləri keçiriləcək.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31