xebermen.az

İmişlidə GÜCLÜ YANĞIN: 100-dən çox quş tələf oldu

26-01-2025, 21:27

 

İmişli şəhərində yanğın hadisəsi baş verib.

Hadisə şəhərin N. Nərimanov küçəsində, Xanış Nuriyevə məxsus təsərrüfatda qeydə alınıb.

Belə ki, yardımçı tikilidə başlayan alov anidən güclənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib və yanğın söndürülüb.

Buna baxmayaraq, tikili yararsız hala düşüb və 100-dən çox ev quşu tələf olub. Faktla bağlı araşdırma aparılır. 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31