xebermen.az

COP29-un təşkilinin səviyyəsinə heyran qaldıq - Polşa Prezidenti

12-11-2024, 21:02

 

Polşa Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilinin səviyyəsinə heyran qalıb.

Bunu Polşa Prezidenti Andjey Duda iqlim konfransı çərçivəsində jurnalistlərə bildirib.

"Bakıda bu iqlim sammitinin açılışında iştirak etdiyimə görə çox şadam. Biz onun təşkilindən heyran qaldıq və bununla əlaqədar Azərbaycanı və Ölkə Prezidenti İlham Əliyevi təbrik edirik. Polşanın dünya sammitinin təşkili təcrübəsi var. Deyə bilərəm ki, burada Bakıda hər şey mükəmməl təşkil olunub", - o vurğulayıb.

Prezident A.Duda ümidvardır ki, COP29-da xüsusilə iqlim siyasəti məsələlərinə ciddi yanaşan və iqlimin qorunmasını inkişafın vacib elementi hesab edən ölkələr üçün mühüm qərarlar qəbul ediləcək.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31