xebermen.az

Ermənistan idmançıları Xankəndiyə gələcəklər? - Nazir açıqladı

25-04-2025, 10:26

 

Azərbaycanda keçiriləcək III MDB Oyunlarında Ermənistan idmançılarının iştirak edib-etməyəcəyi müzakirə edilir.

Bu barədə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan məlumat verib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı qərar müxtəlif amillərlə, o cümlədən erməni idmançıların təhlükəsizliyi ilə bağlıdır. "Müvafiq qərar qəbul ediləndə biz bunu ictimaiyyətə açıqlayacağıq", - deyə Andreasyan bildirib.

Oyunların Təşkilat Komitəsinin Azərbaycan üzrə nümayəndəsi Aygül Ağayeva bildirib ki, ölkəmizdə keçiriləcək III MDB Oyunlarına Ermənistan idmançılarına iştirak üçün dəvət göndərilib.

Qeyd edək ki, III MDB Oyunları 2025-ci il sentyabrın 28-dən oktyabrın 8-dək keçiriləcək. Yarışlar 23 idman növü üzrə Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində baş tutacaq.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31