xebermen.az

Azərbaycan cüdoçuları Berlində 9 medal qazandılar

23-06-2025, 10:07

 

Azərbaycan cüdoçuları Almaniyanın paytaxtı Berlində keçirilən gənclər arasında Avropa Kubokunu 9 medalla başa vurublar.

Bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yarışın ikinci və sonuncu günündə milli komandamızın 4 üzvü fəxri kürsüyə yüksəlib.

90 kq çəki dərəcəsi Azərbaycan finalı ilə əlamətdar olub. Tuncay Şamil qızıl, Aslan Kotsoyev gümüş medala yiyələniblər.

81 kq çəki dərəcəsində Süleyman Şükürov, +100 kq çəkidə isə Ramazan Əhmədov bürünc medallara sahib çıxıblar.

Xatırladaq ki, ilk yarış günündə Nihad Məmişov (60 kq), Məhəmməd Musayev (66 kq), Əbil Yusubov (73 kq) gümüş medala, Nizami İmranov (66 kq) və Mehdi Cəfərov (73 kq) isə bürünc medala yiyələniblər.

Beləliklə, 1 qızıl, 4 gümüş və 4 bürünc medal qazanan yığmamız 34 ölkə arasında medalların əyarına görə kişilərin mübarizəsində birinci, ümumi komanda hesabında isə üçüncü yeri tutub.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31