xebermen.az

"Qızıl top"a namizədlər rəsmən açıqlandı

7-08-2025, 19:48

 

Fransanın məşhur "France Football" jurnalı 2024/25 mövsümünün yekunlarına əsasən təqdim olunacaq "Qızıl top" mükafatı üçün namizədlərin adlarını açıqlayıb.

Mükafatın builki siyahısında aşağıdakı futbolçular yer alıb:

Usman Dembele, Canluici Donnarumma, Cud Bellinqem, Dezire Due, Denzel Dyumfris, Seru Girassi, Erlinq Haaland, Viktor Qyökereş, Əşrəf Hakimi, Harri Keyn, Xviça Kvaratsxeliya, Robert Levandovski, Aleksis Makallister, Lautaro Martines, Skott Maktominey, Kilian Mbappe, Nuno Mendeş, Joao Neveş, Pedri, Koul Palmer, Maykl Olise, Rafinya, Deklan Rays, Fabian Ruis, Vircil van Deyk, Vinisius Junior, Məhəmməd Salah, Florian Virts, Vitinya və Lamin Yamal.

Mükafatlandırma mərasimi sentyabrın 22-də Parisdə keçiriləcək.

Xatırladaq ki, 2024-cü ildə "Qızıl top"un qalibi "Mançester Siti"nin futbolçusu Rodri olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31