xebermen.az

Ukrayna bu gecə də rusların yuxusunu qaçırdı

30-08-2025, 16:16

 

Avqustun 30-na keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiyanın bir sıra bölgələrinə hücum edib. Hücumlar dəf edilib, 86 pilotsuz uçan aparat zərərsizləşdirilib.


Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, pilotsuz aparatların əksəriyyəti - 30-u Qara dəniz üzərində vurulub. Daha 15 təyyarə Krım üzərində, 13-ü isə Rostov vilayəti üzərində vurulub. Bundan əlavə, Kuban səmasında 11 pilotsuz təyyarə zərərsizləşdirilib.


Daha beş PUA Bryansk vilayəti üzərində, dördü Belqorod vilayəti üzərində vurulub. İki pilotsuz təyyarə Smolensk, Kaluqa və Tver vilayətləri üzərində, biri Tula və Kursk vilayətləri üzərində məhv edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31