xebermen.az

Bu gün MDB Oyunlarında 10 idman növü üzrə yarışlar keçiriləcək

5-10-2025, 13:23

 

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarının 10-cu günündə 10 idman növü üzrə yarışlar keçiriləcək.


Gəncədə Azərbaycanın voleybol millisi yarımfinalda Belarusla, 3x3 növü üzrə basketbol yığması isə A qrupunda Özbəkistanla üz-üzə gələcək. Yevlaxda boks, Qəbələdə badminton, Xankəndidə kamandan oxatma, Gəncədə qılıncoynatma və güllə atıcılığı, Mingəçevirdə kanoe və avarçəkmə yarışlarının finalları keçiriləcək. Göygöldə isə cüdo üzrə qarışıq komanda yarışları təşkil olunacaq.


III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31