xebermen.az

Azərbaycan boksçuları Dünya Kubokunda 4 medal qazanıblar

7-12-2025, 09:31

Azərbaycan boksçuları Rusiyanın Yuqorsk şəhərində neft ölkələri arasında keçirilən Dünya Kubokunda 4 medal qazanıblar.

Məşqçi Rafiq İsmayılovun rəhbərlik etdiyi komandada Malik Həsənov (67 kq) bütün rəqiblərini üstələyib.

O, finalda Enxtor Teqşjarqalı (Monqolustan) məğlub edərək qızıl medala yiyələnib.

Digər boksçularımızdan Yadigar Əliyev (51 kq) gümüş, Əli Miriyev (60 kq) və Novruzəli Quliyev (75 kq) isə bürünc mükafat əldə ediblər.

Qeyd edək ki, turnirdə 15 ölkənin təmsilçiləri mübarizə aparıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31