xebermen.az

Nərimanın transfer dəyəri qalxdı

23-12-2025, 20:35

Məşhur "Transfermarkt" portalı Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların yeni bazar dəyərini açıqlayıb.

Ölkə çempionatımızın ən bahalı oyunçusu "Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andradedir.

Onun bazar dəyəri 3 milyon avrodur. Kabo-verdeli oyunçunun qiyməti 500 min avro qalxıb.

Ağdam təmsilçisinin hücumçusu Nəriman Axundzadənin də dəyəri yarım milyon avro artıb. Onun bazar qiyməti hazırda 2,5 milyon avrodur.

Axundzadənin komandası yoldaşı Kadi Borges də eyni dəyərə malikdir.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31