xebermen.az

Azərbaycan “Avroviziya”da neçənci çıxış edəcək?

13-01-2026, 10:05

 

“Avroviziya 2026” mahnı müsabiqəsinin yarımfinalının püşkatma mərasimi keçirilib.


Vyanada keçiriləcək yarışmada Azərbaycan müsabiqənin ikinci yarımfinalında birinci hissədə çıxış edəcək. İkinci yarımfinal mayın 14-də keçiriləcək.


Azərbaycanla birlikdə həmin gün səhnəyə Bolqarıstan, Çexiya, Lüksemburq, Rumıniya, İsveçrə, Albaniya, Avstraliya, Kipr, Danimarka, Latviya, Malta, Norveç, Ukrayna, Ermənistan təmsilçiləri də çıxacaq.


Birinci yarımfinalda isə Xorvatiya, Finlandiya, Gürcüstan, Yunanıstan, Portuqaliya, Moldova, İsveç, Belçika, Estoniya, İsrail, Litva, Monteneqro, Polşa, San-Marino, Serbiya təmsilçiləri yer alacaqlar.


Yarışmanın birinci yarımfinalı mayın 12-də, final isə 16-da keçiriləcək.


Qeyd edək ki, ötən il müsabiqədə 436 balla Avstriya - "JJ" ləqəbi ilə tanınan Yohannes Piç adlı müğənni “Wasted love” mahnısı ilə birinci olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31