xebermen.az

Yeni Klinikada üzərində ilk robotik cərrahi əməliyyatı aparılan xəstə evə buraxılıb

24-01-2026, 12:38

 

Ötən gün Yeni Klinikada üzərində ilk robotik cərrahi əməliyyatı aparılan xəstə evə buraxılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, robotik cərrahi əməliyyatla xolesistektomiya əməliyyatı olunan 23 yaşlı xəstə 24 saat müşahidə altında həkim nəzarətində saxlanılıb. Müvafiq müayinələrdən sonra vəziyyəti qənaətbəxş qiymətləndirilən pasiyent yanvarın 23-də sağlam vəziyyətdə evə yazılıb.

Xatırladaq ki, Yeni Klinikada robotik cərrahi əməliyyatların icrasına başlanılıb. Yanvarın 22-də onun üzərində icra olunan robotik xolesistektomiya (öd kisəsinin cərrahi yolla çıxarılması) əməliyyatı uğurla başa çatıb.

Məlumat üçün bildirək ki, bu cür cərrahi əməliyyatlarda konsol cərrahı birbaşa xəstəyə toxunmur, bütün müdaxilələr robot sistemi üzərindən həyata keçirilir. O, 3D və 12 qat böyütməklə yüksəkdəqiqlikli görüntü sistemi altında çalışaraq əməliyyat sahəsini ətraflı şəkildə izləyir. Robot qollarının bütün hərəkətlərini - kəsmə, tikiş, disseksiya və digər cərrahi manipulyasiyaları - joystiklər vasitəsilə dəqiqliklə icra edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31