xebermen.az

ÜST Nipah virusunun yayılma riskini qiymətləndirib

27-01-2026, 21:32

 

Ümumdünya Səhiyyə Təşkilatı Hindistanda qeydə alınan Nipah virusu ilə bağlı vəziyyəti izləyir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədəki rəsmi nümayəndəsi Tarik Jazarеviç bildirib.

Onun sözlərinə görə, hazırkı mərhələdə infeksiyanın daha geniş yayılma ehtimalı aşağı qiymətləndirilir.

Təşkilatın açıqlamasında qeyd olunub ki, xəstələnmə halları barədə məlumat daxil olan andan etibarən Hindistanın federal və regional səhiyyə qurumları ilə sıx əməkdaşlıq aparılır. Bu çərçivədə ÜST texniki dəstək göstərir və epidemioloji vəziyyəti təhlil edir.

ÜST-nin qiymətləndirməsinə əsasən, Hindistan bu cür yoluxma ocaqlarının effektiv şəkildə qarşısını almaq və onların genişlənməsinin qarşısını almaq üçün kifayət qədər imkan və resurslara malikdir.

Məlumata görə, həyat üçün təhlükəli sayılan Nipah virusunun yayılması Hindistanın Kəlküttə şəhəri yaxınlığında qeydə alınıb. Bildirilib ki, hazırda beş nəfər yoluxub, təxminən yüz nəfər isə karantinə alınıb. Hazırda xəstəliyin müalicəsi üçün təsdiqlənmiş dərman preparatları və ya vaksin mövcud deyil.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31