xebermen.az

Azərbaycanlı bacı-qardaş Dünya Kubokunun finalında!

21-02-2026, 18:09

 


Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun təsnifat mərhələsi davam edir.

Batut gimnastikası üzrə fərdi yarışlarda iki azərbaycanlı idmançı finala vəsiqə qazanıb.

Gimnastikanın bu növü üzrə kişilər arasında fərdi yarışlarda Maqsud Mahsudov, qadınlar arasında fərdi yarışlarda isə Selcan Mahsudova finala vəsiqə qazanıblar.

Qeyd edək ki, Maqsud və Selcan bacı-qardaşdır. Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun final yarışları sabah keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31