xebermen.az

ABŞ İranla sülh danışıqlarına başladı

22-03-2026, 09:48

 

ABŞ Prezidenti Donald Trampın komandası İranla sülh danışıqlarının necə görünə biləcəyi ilə bağlı müzakirələrə başlayıb.


Bu barədə "Axios" portalı iki mənbəyə istinadla məlumat yayıb.


Danışıqlarda ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner iştirak edir. Amerikalı rəsmilərdən biri jurnalistlərlə söhbətində İranın dialoqa razı ola biləcəyini istisna etməyib.


Nəşr qeyd edib ki, mümkün sülh sazişi Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpasını, İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatları məsələsinin həllini, habelə onun nüvə proqramı, ballistik raketləri və regiondakı müttəfiq qüvvələrə dəstəyi ilə bağlı uzunmüddətli razılaşmaların bağlanmasını nəzərdə tutmalıdır.


Bundan əvvəl Tramp bəyan etmişdi ki, İranda münaqişənin nizamlanması üçün danışıqlar apara biləcək liderlər qalmayıb.


"Bizim üçün çətindir: biz onlarla danışmaq istəyirik, amma danışmağa kimsə yoxdur. Bilirsiniz nə var? Bu, bizim xoşumuza gəlir", - deyə dövlət başçısı deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31