xebermen.az

“İran tamamilə məhv ediləcək”

23-03-2026, 10:18

 

"Siz tezliklə elektrik stansiyaları ilə bağlı ultimatumun nə ilə nəticələnəcəyini görəcəksiniz. Nəticə çox yaxşı olacaq".

Bu sözləri ABŞ Prezidenti Donald Tramp İsrailin 13-cü kanalına müsahibəsində bildirib. 

"İran tamamilə məhv ediləcək və bu, işə çox yaxşı yarayacaq", - o, deyib. 

ABŞ lideri İranın 47 ildir ki, çox pis davrandığını və indi bunun cəzasını çəkdiyini qeyd edib. 

Tramp həmçinin Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsi məsələsində NATO üzvlərindən narazılığını bir daha diqqətə çatdırıb. 

"NATO ölkələri heç nə etmir, bu, çox utancvericidir", - o deyib. 

Xatırladaq ki, daha əvvəl ABŞ lideri İrana Hörmüz boğazını açmaq üçün 48 saat vaxt vermişdi. O, tələbi yerinə yetirilməzsə, İranın bir neçə elektrik stansiyasının məhv ediləcəyini bəyan etmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31