xebermen.az

Çin orbitə yeni “CentiSpace” peyklərini buraxıb

23-03-2026, 10:21

 

Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası “CentiSpace-2” peyklərinin Yer kürəsinin aşağı orbitinə uğurla buraxıldığını açıqlayıb.

Raket buraxılışı Sarı dənizdə yerləşən Haiyang Peyk Buraxılış Mərkəzindən “Jielong-3” daşıyıcı raketi vasitəsilə həyata keçirilib.

“CentiSpace” seriyalı peyklər aşağı Yer orbitindən qlobal naviqasiya peyk sistemlərini gücləndirmək üçün siqnallar ötürmək məqsədilə hazırlanıb.

Yanvar ayında “Galactic Energy” şirkəti dörd “Tianqi” telekommunikasiya peykini uğurla orbitə çıxarıb

Bundan əvvəl “South China Morning Post” qəzeti Çin alimlərinin kosmik peykləri sıradan çıxara bilən “TPG1000Cs” mikrodalğalı silah hazırladıqlarını yazmışdı. Bildirilir ki, sistemin gücü 20 giqavattdır və bu cür texnologiya artıq bəzi mənbələr tərəfindən “Starlink” üçün potensial təhlükə kimi qiymətləndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31