xebermen.az

Zelenski Putinlə görüşün yerini açıqladı - Nə Kiyev, nə də Moskva

9-04-2026, 13:38

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə görüşün ABŞ-da və ya Yaxın Şərq ölkələrinin birində keçirilə biləcəyini deyib.

Zelenski İtaliyanın RAİ radiostansiyasına müsahibəsində Putinlə görüşməyə hazır olduğunu bildirib.

Qeyd edib ki, görüş Kiyevdə, yaxud Moskvada olmayacaq. Ukrayna prezidenti Yaxın Şərq, Avropa və ABŞ-ın danışıqlar üçün məkan ola biləcəyini vurğulayıb.

“Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlar İran müharibəsinə görə təxirə salınıb. Lakin danışıqlar gələcəkdə davam etdiriləcək”, - Zelenski deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31