xebermen.az

Bakıda qadınlarla bağlı mühüm konfrans başladı

14-04-2026, 10:30

 

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransı keçirilir.

Konfransda "Kiçik və orta biznesdə qadın sahibkarlığı: süni intellekt və rəqəmsallaşmanın imkanları" və "Ətraf mühitin qorunması və dayanıqlılığın gücləndirilməsində qadın liderliyi" mövzusunda panel müzakirələri təşkil ediləcək.

Tədbirin davamında AQEM Qadınlar Şurasının ilk iclası planlaşdırılıb.

Tədbirin proqramına görə, yekunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və AQEM-in Baş katibi Kayrat Sarıbay mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandıracaqlar.

Qeyd edilib ki, iclasın məqsədi AQEM-in üzv dövlətləri arasında koordinasiya, dialoq və təcrübə mübadiləsinə yönəlmiş mandatın rəsmi tətbiqidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31