xebermen.az

Avropada gənclər orta hesabla 26 yaşında valideynlərdən ayrılırlar - STATİSTİKA

23-04-2026, 13:58

 

Avropa İttifaqında (Aİ) gənclər 2025-ci ildə orta hesabla 26.3 yaşında valideyn evindən ayrılıblar.

Ən erkən müstəqil həyata Şimali Avropa ölkələrində başlanılır: Finlandiyada 21.4, Danimarkada 21.7, İsveçdə isə 21.9 yaş.

Valideyn evindən ən gec ayrılanlar isə Cənubi Avropadadır: Xorvatiyada 31.3, Yunanıstanda 30.7, İtaliyada isə 30.1 yaş.

Aİ-nin böyük iqtisadiyyatlarına malik ölkələrdə, o cümlədən Almaniya və Fransada gənclər müvafiq olaraq 23.9 və 23.5 yaşlarında valideynlərindən ayrı yaşamağa başlayırlar.

Ekspertlər bildirirlər ki, bu göstəricilər ölkələrin sosial-iqtisadi şəraitindən asılıdır. Buraya gənclərin gəlir səviyyəsi, mənzil əlçatanlığı, ailə ənənələri və regionlarda əhalinin sıxlığı kimi amillər daxildir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31