xebermen.az

Alimlərdən ŞOK KƏŞF - Dənizin dibində CƏHƏNNƏM tapıldı

15-05-2026, 12:14

 

Karib dənizinin təxminən 5 kilometr dərinliyində alimləri heyrətləndirən qeyri-adi bir bölgə aşkarlanıb.

 “Bibi Hidrotermal Sahəsi” adlandırılan ərazi dünyanın indiyə qədər məlum olan ən dərin hidrotermal baca sistemi kimi qeydə alınıb.

Mütəxəssislərin sözlərinə görə, burada suyun temperaturu 401 dərəcəyə qədər yüksəlir. Lakin dərinlikdəki nəhəng təzyiq səbəbindən su qaynamır. Ərazidə “qara bacalar” adlandırılan strukturlar okeana dəmir-sulfid və digər minerallarla zəngin qara tüstü püskürür.

Ən maraqlı məqam isə bu ekstremal şəraitdə həyatın mövcud olmasıdır. Günəş işığının çatmadığı tam qaranlıq mühitdə dəniz robotları müxtəlif balıq növləri, karideslər, dəniz anemonları və digər canlıları qeydə alıb. Araşdırmaçılar bəzi karides növlərinin qaranlıqda istiqaməti müəyyən etmək üçün işığa həssas xüsusi orqanlara sahib olduğunu bildirirlər.

Alimlər hesab edir ki, bu kəşf Yer kürəsində həyatın necə formalaşdığı və başqa planetlərdə ekstremal şəraitdə yaşam ehtimalı ilə bağlı araşdırmalar üçün mühüm əhəmiyyət daşıyır.(Musavat.com)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31