xebermen.az

Azərbaycan üzərindən Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib

28-05-2026, 15:17

 

Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük daşınması reallaşıb.

126 ton karbamid yüklənmiş iki vaqon və 67 ton un yüklənmiş bir vaqon "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola salınıb.

Məlumata görə, qatar Böyük Kəsik Dəmiryol Stansiyası vasitəsilə Gürcüstan ərazisinə keçəcək, daha sonra isə Ermənistan istiqamətində hərəkətini davam etdirəcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzit qaydasında 28 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq daşınıb.

Xatırladaq ki, tranzit daşımalarla yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da həyata keçirilir. Bu günədək Ermənistana 10 min tondan çox dizel yanacağı, 979 ton Aİ-92 markalı benzin və 2 955 ton Aİ-95 markalı benzin göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930