xebermen.az

"Simpsonlar"ın keçmiş ssenaristi ABŞ prezidentliyinə namizəd olur

28-05-2026, 15:18

 

"Simpsonlar" animasiya serialının keçmiş ssenaristi Den Qrini 2028-ci ildə ABŞ-də keçiriləcək prezident seçkisində iştirak etməyi planlaşdırır.

Qrini bu barədə sosial şəbəkələrdə yayımladığı videoda açıqlama verib.

Videonun əvvəlində o, özünü "peyğəmbər" obrazında təqdim edib və mövcud siyasi sistemi tənqid edərək hər iki partiyanı eqoizmdə ittiham edib.

61 yaşlı ssenarist hazırkı rəhbərliyin resursları özündə cəmləşdirdiyini, vətəndaşların isə dəstəkdən kənarda qaldığını bildirib. O həmçinin "Amerika hamı üçün" adlı seçki proqramını təqdim edib.

Den Qrini "Simpsonlar" serialının 7-11-ci mövsümləri üçün ssenarilər yazıb, o cümlədən 2000-ci ildə yayımlanan "Barton gələcəkdə" epizodunun müəllifidir. Həmin seriyada Liza Simpson Donald Trampın prezidentliyindən sonra yaranmış böhranı müzakirə edir ki, sonradan bu epizod "proqnoz" kimi şərh olunub.

Qrini həmçinin "Ofis" və "Borat" layihələrində də çalışıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930