xebermen.az

Rusiya Ermənistandan pomidor idxalını dayandırdı: İrəvan hələ susur

29-05-2026, 15:21


 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Ermənistandan pomidor idxalını məhdudlaşdırması ilə bağlı qərarına İrəvandan hələ heç bir reaksiyanın gəlmədiyini açıqlayıb.

Peskov jurnalistlərin bununla bağlı sualını cavablandırarkən, “Xeyr, heç bir müraciət daxil olmayıb” deyib.

Qeyd edək ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (“Rosselxoznadzor”) mayın 30-dan etibarən Ermənistandan meyvə-tərəvəz məhsullarının idxalına məhdudiyyət tətbiq edəcəyini bildirib.

Bundan əvvəl, mayın 22-də qurum Ermənistandan çiçək idxalını da müvəqqəti dayandırmışdı.

Mayın 15-də isə “Rosselxoznadzor” Rusiyaya məhsul tədarükü daha əvvəl dayandırılmış bir sıra erməni müəssisələrində yoxlamalar aparacağını açıqlamışdı. Buna səbəb Avropa mənşəli olduğu ehtimal edilən saxta balıq məhsullarının ölkəyə gətirilməsi ilə bağlı şübhələr olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930