Rusiya ordusu daha bir yaşayış məntəqəsini ələ keçirdi
Rusiya hərbçiləri döyüş əməliyyatları zamanı Dnepropetrovsk vilayətində yerləşən Lesnoye yaşayış məntəqəsinə tam nəzarəti ələ keçiriblər.
Bu barədə “Lenta.ru” məlumat yayıb.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi həmin bölgədə yerləşən Dobropasovo kəndinin də ələ keçirildiyini açıqlamışdı.
Bildirilir ki, “Vostok” qoşun qruplaşmasının bölmələri hücum əməliyyatlarını davam etdirərək Ukrayna ordusunun müdafiə xəttinin dərinliklərinə doğru irəliləyir.
Rusiya tərəfi uğurlu döyüş manevrləri nəticəsində Dnepropetrovsk vilayətində yaşayış məntəqələrinin ardıcıl şəkildə nəzarətə götürüldüyünü iddia edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: