xebermen.az

Vaşinqtondan İrəvana mesaj: Zəngəzur dəhlizi ya Paşinyanla, ya da onsuz açılacaq

29-05-2026, 15:26

 

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan və Zəngəzur dəhlizi ilə bağlı diqqətçəkən paylaşım edib.

Keçmiş nazir ABŞ dövlət katibi Marko Rubionun Zvartnots hava limanına səfərini Ermənistanda seçkiqabağı dövrün ən mühüm hadisələrindən biri kimi qiymətləndirib.

Tofiq Zülfüqarov bildirib ki, Zəngəzur dəhlizi məsələsi və Baş nazir Nikol Paşinyanın Vaşinqton qarşısında götürdüyü öhdəliklər artıq ABŞ Prezidenti Donald Tramp administrasiyasının Ermənistan siyasətində əsas göstəricilərdən birinə çevrilib.

Onun sözlərinə görə, Paşinyanın həm Fransa prezidenti Emmanuel Makronın dəstəklədiyi Avropa İttifaqı ilə, həm də Kreml dairələri ilə paralel siyasi oyun aparması Vaşinqtonun İrəvana sərt və açıq mesaj göndərməsini zəruri edib.

Sabiq nazir paylaşımında ABŞ tərəfinin əsas mesajlarını belə sıralayıb:

- TRIPP layihəsi Donald Tramp üçün imic layihəsidir və onun uzadılması qəbuledilməzdir;
- Emmanuel Makronun Ermənistandakı “imperiya ambisiyaları” yersiz sayılır;
- Kremlin layihəyə qoşulmaq və sərhədçilər vasitəsilə təhlükəsizlik sistemində yer almaq cəhdləri İrəvan, Tehran və ya Moskvada deyil, Vaşinqtonda müzakirə edilməlidir;
- ABŞ-ın İran sərhədində hərbi mövcudluğu yaradılacaq;
- Bu şərtlər ya Nikol Paşinyan, ya da onu əvəz edəcək qüvvə tərəfindən icra olunacaq.

Tofiq Zülfüqarovun fikrincə, Zəngəzur dəhlizi məsələsi artıq yalnız Ermənistana deyil, həm də onun açıq və gizli tərəfdarlarına qarşı siyasi təzyiq alətinə çevrilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930