xebermen.az

Dünyada ilk dəfə insanlar və robotlar birlikdə podiuma çıxdılar

29-05-2026, 15:28

 

Cənubi Koreyanın paytaxtı Seulda keçirilən "Mach 33: Physical AI Fashion Show" adlı moda nümayişində insanlar və robotlar birlikdə podiuma çıxıblar. Tədbirin təşkilatçısı olan "Galaxy Corporation" bunun dünyada insan təxəyyülü ilə texnologiyanın mahiyyətini birləşdirən ilk belə şou olduğunu bildirib.

Tədbirdə müxtəlif geyimlərdə robotlar nümayiş etdirilib. Onlar futuristik gödəkçələr, kosmik üslublu kombinezonlar, eləcə də cins kostyum və kovboy papağında podiuma çıxıblar. Şouda Çinin "Unitree Robotics" şirkətinin istehsalı olan robotlardan istifadə edilib.

Nümayiş zamanı insanlar və robotlar birlikdə "simvolizmlə zəngin" rəqs təqdim ediblər. Bildirilib ki, onlar bir-birinin hərəkətlərinə harmonik şəkildə reaksiya veriblər. Moda nümayişindən sonra robotlar arasında kikboksinq döyüşü də təşkil olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930