xebermen.az

Daha bir ölkə uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyur

30-05-2026, 15:57

 

Polşada 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılacaq.

Bu barədə Polşanın Rəqəmsal Məsələlər üzrə Naziri Kşiştof Qavkovski bildirib.

Onun sözlərinə görə, yeni qanun layihəsi üzərində iş gedir. Yeni qanunun sentyabrın 1-də qüvvəyə minməsi gözlənilir.

Uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi Polşanın hakim Vətəndaş Koalisiyası alyansının deputatları tərəfindən irəli sürülüb. Layihəni təhsil naziri Barbara Novaçka da dəstəkləyir.

Xatırladaq ki, ötən il Avstraliya 16 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrdən istifadəni qanunvericilik səviyyəsində qadağan edən ilk ölkə oldu. Türkiyədə Parlament 15 yaşından kiçik uşaqlar üçün sosial şəbəkələrdən istifadəni qadağan edən qanun layihəsini qəbul edib. Avropa İttifaqı ölkələri: Fransa, Danimarka, Avstriya və İspaniya da öz milli yaş limitlərini yenidən nəzərdən keçirərək sərt qadağalar tətbiq ediblər.

Yunanıstan 15 yaşdan aşağı, Moldova isə 16 yaşdan kiçik uşaqlar üçün sosial media qadağaları tətbiq etməyi təklif edib. Böyük Britaniya hökuməti də 16 yaş həddi ilə bağlı oxşar tədbirlər planlaşdırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930