xebermen.az

Akademiyada AI qalmaqalı: Müəllim tənqin atəşinə tutuldu

3-06-2026, 12:15

 

Avstraliyanın aparıcı ali məktəblərindən biri olan “Western Sydney University”nin prorektoru professor Kat Ellis tələbələri təhsildə asan yola qaçmamağa və süni intellektə güvənməməyə çağırdığı məqaləni özü süni intellekt vasitəsilə hazırladığı üçün tənqid olunub.

Məqalə əvvəlcə “The Sydney Morning Herald” qəzetində dərc edilsə də, sonradan qəzet rəhbərliyi yazının redaksiya qaydalarını pozduğunu bildirərək onu saytdan silib.

Universitet nümayəndələri Ellisin yazını hazırlayarkən özünün 40 min sözdən ibarət materiallarını “Microsoft-un Copilot” sisteminə yüklədiyini və süni intellektin həmin məlumatlar əsasında ilkin mətn hazırladığını təsdiqləyiblər. Universitet bu üsulun uyğun və peşəkar süni intellekt istifadəsi olduğunu müdafiə edib.

Qəzetin redaktoru Jordan Baker isə nə müəllifin, nə də universitetin məqalənin hazırlanmasında süni intellektdən istifadə edildiyi barədə redaksiyanı əvvəlcədən məlumatlandırmadığını bildirib və bunu qəbuledilməz adlandırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930