xebermen.az

Kremli hiddətləndirən yeni strateji xəritə - Cənubi Qafqazda “soyuq müharibə” yenidən başlayır?

3-06-2026, 12:16

 

"Amerika Birləşmiş Ştatları Ermənistanı digər ölkələrlə olan dostluq əlaqələrini pozmağa təşviq etmir".

Bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

"Açıq mənbələrdən də göründüyü kimi, Rusiya bizim oradakı fəallığımızdan heç də məmnun deyil. Bildirmək istəyirəm ki, biz Ermənistanın suverenliyinə qəsd etmirik və onlardan digər ölkələrlə dostluqdan imtina etmələrini tələb etmirik", - Marko Rubio açıqlamasında qeyd edib.

ABŞ dövlət katibinin sözlərinə görə, Amerika münasibətlərin yalnız sülh deyil, həm də iqtisadi sahədə qurulmasında maraqlıdır.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyana iyunun 7-də keçiriləcək parlament seçkilərində tam dəstək verdiyini bəyan edib. Tramp Paşinyanı özünün böyük dostu və lider kimi xarakterizə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930