xebermen.az

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

5-06-2026, 15:32

 

Çində kvant kompüterləri üçün dünyanın ilk ultra-sürətli yaddaş sistemi hazırlanıb.

Bu barədə “South China Morning Post” məlumat yayıb.

Bildirilib ki, yeni texnologiya kvant hesablama zamanı məlumatların oxunması ilə bağlı əsas problemi həll etməyə yönəlib.

Mütəxəssislərin bildirdiyinə görə, kvant kompüterlərinin yüksək sürətlə işləməsi üçün klassik məlumatlara tez və effektiv çıxış vacibdir. Bu çıxış olmadan hətta ən güclü sistemlər belə böyük məlumat həcmində yavaşlaya bilər.

“Zhejiang” universitetinin alimləri tərəfindən hazırlanmış kvant operativ yaddaş kvant kompüterlərinin hesablama prosesini sürətləndirən əsas elementlərdən biri hesab olunur.

Məlumata görə, yeni inkişafın gələcəkdə dərmanların hazırlanması, eləcə də maliyyə sahəsində saxtakarlıqların aşkarlanması kimi sahələrə ciddi təsir göstərəcəyi gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31