Ermənistan mediasında seçkilərlə bağlı Azərbaycanda hazırlandığı iddia edilən xəritə tirajlanır.
“Ermənistanda regional seçki məkanlarının siyasi profili” adlandırılan xəritədə erməni namizədlərin Qərbi Azərbaycandakı siyasi reytinqi öz əksin tapıb.
Xəritədə qeyd olunur ki, İrəvan və ətrafında, eləcə də Lori bölgəsində Nikol Paşinyan, Zəngəzurda isə Robert Koçaryan və Samvel Karapetyan üstündür. Göyçə və Dərəlyəzdə isə hər iki tərəfin üstün və zəif tərəfləri var. Belə bir xəritənin Azərbaycanda hazırlandığını təsdiq edən fakt yoxdur. Ermənistan müxalifəti isə bu xəritəni Azərbaycanın “Ermənistana qarşı ərazi iddiası” kimi tirajlayaraq, hakim partiyanı – baş nazir Nikol Paşinyanı ittiham edir.
İstisna deyil ki, bu xəritə seçki prosesində Paşinyana qarşı istifadə etmək üçün məhz revanşistlər tərəfindən ortaya atılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Prezident yerli televiziya kanallarına müsahibə verdi - TAM MƏTN/VİDEO/YENİLƏNDİ
İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verdi