xebermen.az

Afrikada elmə məlum olmayan mavi hörümçək aşkarlandı

6-06-2026, 12:25

 

Afrikanın Anqola ərazisində aparılan biomüxtəliflik tədqiqatları zamanı alimlər elm üçün yeni olan onlarla canlı növü aşkar ediblər.

Araşdırmalar ölkənin şərqində yerləşən Lisima yaylasında aparılıb.

Tədqiqatçılar burada əvvəllər qeydə alınmamış səkkiz iynəqanadlı, üç çəyirtkə növü, təxminən 60 növ kəpənək və güvə, həmçinin elm üçün yeni olan bir sıra digər canlılar aşkar ediblər.

Kəşflər arasında diqqət çəkən nümunələrdən biri də mavi rəngdə parlayan və indiyədək elmə məlum olmayan hörümçək növüdür.

Mütəxəssislər yeni növlərin rəsmi təsviri və qeydiyyatı üzərində işləyirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31