xebermen.az

Rusiyanın Ermənistana “sürpriz”i var: Türkiyə ilə əvəz edəcək

8-06-2026, 14:45

 

Baytarlıq riskləri yaranarsa, Rusiya Ermənistandan balıq idxalına qoyulan məhdudiyyətləri genişləndirəcək.

Bu barədə "Rosrıbalovstva"nın rəhbəri İlya Şestakov jurnalistlərə bildirib.

“Rusiya artıq Ermənistandan diri balıq idxalına məhdudiyyətlər qoyub. Əgər daşınma zamanı bu balığın təhlükəsizliyimizə təsir göstərəcək baytarlıq riskləri yarada biləcək amillər müəyyən edilərsə, mütləq əlavə addımlar atılacaq”, - deyə Şestakov bildirib.

O qeyd edib ki, Ermənistan diri balıqla yanaşı, Rusiyaya dondurulmuş balıq da ixrac edir.

"Ermənistan qırmızı kefalın əhəmiyyətli idxalçısı olub. Əlbəttə ki, bu, daxili bazarın doymasına heç bir təsir göstərməyəcək. Bizdə kifayət qədər yerli qırmızı kefal istehsalı var. Bundan əlavə, idxal Türkiyə də daxil olmaqla, digər ölkələrlə əvəz olunacaq", - Agentliyin rəhbəri əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31