xebermen.az

Hansı sosial şəbəkə uşaqlar üçün daha TƏHLÜKƏLİDİR? - Komitə sədrindən MÜHÜM ÇAĞIRIŞ

Bu gün, 15:03

 

"Sosial şəbəkələrin həyatın ayrılmaz hissəsi olduğu dövrdə uşaqların psixoloji sağlamlığı üçün nəzarətsiz istifadənin qarşısının alınması vacibdir".

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.

H.Hüseynova bu sahədə mövcud olan problemlərdən də danışıb:

"Dünyada müxtəlif tədqiqatlar aparılır. Bir neçə misal göstərmək istərdim. Məsələn, Avstraliyada 10-15 yaşlı uşaqlarının 96%-i sosial mediadan istifadə edir və onların 70%-i zərərli məzmun və davranışlarla qarşılaşır. ABŞ-də 2025-ci ildə aparılan bir araşdırma göstərib ki, 13-17 yaşlı qızların 71%-i, oğlanların isə 54 faizi kiberzorakılıqla qarşılaşırlar. Kiberhücumun nəticələri ciddidir. Amerikalı yeniyetmələrin 19.2%-i kiberhücum səbəbindən məktəbi buraxdığını bildirib.

Kiberbullinqə məruz qalan yeniyetmələrin 12%-i son bir ildə özünə zərər verməyi düşünüb, 6%-i isə buna cəhd edib. Ən yüksək riskə malik platformalar arasında "İnstaqram" kiberzorakılıq hadisələrində liderdir (42%), ardınca "Facebook" (37%) və "Snapchat (31%) gəlir. Digər tədqiqatlar "YouTube"-nin ən yüksək göstərici olduğunu müəyyən edib: "YouTube"dəki uşaqların 79%-i kiberhücuma məruz qalıb, ardınca "Snapchat" (69%), "TikTo (64%) və "Facebook" (49%) gəlir.

Dövlət Statistika Komitəsinin 2024-cü ildə ev təsərrüfatlarında İKT-də istifadəyə dair seçmə statistik müayinənin nəticələrinə görə əhalinin hər 100 nəfərinə düşən internet istifadəçilərinin sayı 90.8 olub. Bu göstərici 6-15 yaş qrupu üzrə isə 90.1 faiz təşkil edib. Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci il sorğusuna görə, məktəbyaşlı övladı olan respondentlərin 63.5 faizi övladının sosial mediadan istifadə etdiyini, 36.5 faizi isə istifadə etmədiyini bildirib. Əlbəttə ki, bu rəqəmlər bizi düşündürür, narahat edir".

"Uşaqların İKT-dən, sosial mediadan istifadə etməsi müsbət, yoxsa mənfi haldır? Beynəlxalq təcrübə müxtəlif yanaşmalar nümayiş etdirir. Avstraliya, Danimarka, Norveç, Türkiyə və Fransa kimi ölkələr yaş məhdudiyyəti tətbiq edir, ABŞ və bəzi Avropa ölkələrində valideyn nəzarəti sistemləri yaradılıb. Çində sərt dövlət tənzimləmələri tətbiq olunur. Postsovet ölkələrinin bir çoxunda da minimum yaşla bağlı müzakirələr aparılır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930