xebermen.az

Tarixdə ilk: İnsana qocalmanı geri çevirən dərman vuruldu

10-06-2026, 09:45

 

İnsan orqanizminə qocalmanı geri çevirməyi vəd edən yeni preparat vurulub.

Bu barədə "Life Biosciences" nəşri xəbər yayıb.

Məlumata görə, ilk xəstəyə hüceyrələrin yenidən proqramlaşdırılması və yaşla əlaqəli xəstəliklərlə mübarizə aparılması üçün inyeksiya edilib. Əvvəllər bu metod yalnız heyvanlar üzərində sınaqdan keçirilirdi. İndi isə "gənclik iksiri" adlanan bu preparat insan bədəninə yeridilib. Alimlər xəstənin vəziyyətini izləyəcək və ilkin dəyişiklikləri öyrənəcəklər.

İnsanlar üzərində ilk uğurlu sınaq qocalma əleyhinə terapiyada yeni bir dövrün başlanğıcını qoya bilər. Məqsəd hüceyrələri cavanlaşdırmaq və DNT ekspressiyasını yaxşılaşdırmaqdır. İnyeksiya qlaukoma xəstəliyi olan xəstənin gözünə vurulub. Altı ay ərzində alimlər effektivliyi, həkimlər isə metodun təhlükəsizliyini qiymətləndirəcəklər.

Qeyd olunur ki, bu, uzunömürlülük elmində dönüş nöqtəsidir. İlk dəfə olaraq imkan yaranır ki, qocalmış hüceyrələrə gəncliyi qaytaran epigenetik proqramlaşdırmanın qocalmanı yavaşlada biləcəyi sübut edilsin.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31