xebermen.az

Yeni qaydalar qüvvəyə mindi: Sığortanızı 30 faiz bahalaşdıra bilər

16-06-2026, 12:38

 

Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqlarının hesablanması qaydalarında edilən dəyişikliklər iyunun 16-dan qüvvəyə minib.

Yeni qaydalara əsasən, sığorta haqqının hesablanmasında tətbiq olunan bəzi əmsallar dəyişdirilib. Belə ki, avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına görə əmsal (AVİƏ) avtonəqliyyat vasitəsi sahiblərinin sayına görə əmsalla (AVSƏ), Bonus-Malus sinfinə görə əmsal isə sığorta tarixçəsi əmsalı (STƏ) ilə əvəz olunub.

Yeni sistemə görə, sürücünün və ya nəqliyyat vasitəsi sahibinin sığorta tarixçəsi əsas götürüləcək. Sığorta tarixçəsi əmsalı minimum 0,60, maksimum isə 3 səviyyəsində müəyyən ediləcək.

Qaydalara əsasən, son dəyişiklik tarixindən sonra 275 gündən artıq sığortalı olan və bu müddətdə təqsiri üzündən sığorta hadisəsi törətməyən şəxslərə hər dəfə 5 faiz güzəşt tətbiq ediləcək.

Əksinə, sürücünün təqsiri üzündən baş vermiş və sığorta ödənişi ilə nəticələnən hər bir hadisəyə görə sığorta tarixçəsi əmsalına 30 faiz əlavə hesablanacaq. Bu əlavələr sürücünün gələcək sığorta haqqına birbaşa təsir göstərəcək.

Yeni qaydalar sürücülərin məsuliyyətli davranışını təşviq etməyi və sığorta sistemində daha fərdiləşdirilmiş qiymətləndirmə mexanizminin tətbiqini nəzərdə tutur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31