xebermen.az

“Ebola” can almağa davam edir: 933 yoluxma qeydə alındı

20-06-2026, 13:14

 

Konqo Demokratik Respublikasında "Ebola" virusu can almaqda davam edir. Ölkədə virusa yoluxanların sayı 933-ə, ölənlərin sayı isə 245-ə çatıb.

Səhiyyə naziri Samuel Rocer Kambanın sözlərinə görə, hazırda 416 nəfər xəstəxanalarda müalicə alır, 80 nəfər isə sağalaraq evə buraxılıb. Ölüm faizi 26 faiz səviyyəsindədir.

Nazir bildirib ki, xəstəliyin erkən aşkarlanması və təmaslı şəxslərin izlənməsi istiqamətində işlər gücləndirilib. Eyni zamanda, əhalinin səhiyyə sisteminə etimadının artdığı qeyd olunub. "Ebola" xəstələrinin müalicəsi üçün ayrılan çarpayıların sayı 516-ya çatdırılıb, müalicə mərkəzlərinin imkanları isə genişləndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31