xebermen.az

Ermənistan bu hüququnu itirə bilər - Moskvadan xəbərdarlıq

23-06-2026, 22:11

 

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) illərdir davam edən üzvlük haqqı borcu səbəbindən işçi orqanlarda səsvermə hüququndan məhrum edilə bilər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “RIA Novosti”yə bildirib.

O, təşkilatın nizamnaməsinin 25-ci maddəsinə istinad edərək qeyd edib ki, öhdəliklərin yerinə yetirilməməsi halında üzv dövlətlərə qarşı müvafiq tədbirlər tətbiq oluna bilər.

“Büdcəyə iki il ərzində borc yaranarsa, kvota vəzifələrinə namizəd irəli sürmək hüququnun dayandırılması, eləcə də borc tam ödənilənədək işçi orqanlarda səsvermə hüququnun məhdudlaşdırılması nəzərdə tutulur”, - deyə Zaxarova bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31